De Byazi 2 futbolçunu İsveçlə matçın sifariş ərizəsinə daxil etmədi

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində bu gecə səfərdə İsveç yığmasının qonağı olacaq.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, hər iki komandanın iştirak ərizəsi müəyyənləşib. Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi 23 nəfərlik heyətə “Sabah”ın futbolçuları Tellur Mütəllimovla Ceyhun Nuriyevin adını daxil etməyib. Avstriya ilə oyunda zədələnən Eddi İsrafilovun da adı siyahıda yoxdur.

Avstriya ilə matçda heyətdən kənarda qalan “Zirə”nin hücumçusu Rüstəm Əhmədzadə ilə “Neftçi”nin müdafiəçisi Azər Salahlı isə bu oyun üçün sifariş olunub.

İsveç – Azərbaycan matçı saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button