De Bruynenin paylaşımına keçmiş klubundan maraqlı reaksiya

Yarımmüdafiəçi Kevin De Bruyne cari mövsümün sonunda “Mançester Siti”ni tərk edəcəyini açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun bu açıqlamasına onu əvvəlki klubu olan “Volfsburq” reaksiya verib:

“Kevin, hələ unutmadın ki? 10 il əvvəl mən və sən? Bəlkə, yenə bir yerdə olaq?”

De Bruyne 2015-ci ildə “Volfsburq”u “Mançester Siti”yə dəyişib. O, “şəhərlilər”lə birgə 16 titul qazanıb. Futbolçu cari mövsümdə “Mançester Siti” ilə 31 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button