DÇ-dən qayıdan yığma Bakıda böyük coşğuyla qarşılandı
4-17 sentyabr aralığında Səudiyyə Ərəbitsanının paytaxtı Riyadda keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında dünya çempionatında iştirak edən Azərbaycan yığma komandasının üzvləri vətənə qayıdıblar.
Komanda.az xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında məşqçilər heyətimiz, həmçinin yarışda 3 bürünc medal qazanaraq uğura imza atan Dadaş Dadaşbəyli diqqət mərkəzində olublar.
Onların qarşılayanlar arasında yeniyetmə və gənc idmançılar, milli komandanın digər üzvləri, idmançıların yaxınları, həmçinin ağır atletika ailəsinin digər üzvləri olub. Qarşılanma milli musiqi sədaları altında keçib, xoş ab-hava, coşqu yaşanıb. Sonda Dadaş Dadaşbəyli və baş məşqçi Emil Əliyev KİV nümayənlərinə müsahibə veriblər.
Bizi Facebook-da izləyin