DÇ: Azərbaycanın qadın güləşçisindən bürünc medal
Azərbaycanın qadın güləşçisi Elnurə Məmmədova Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı üçüncü yer uğrunda görüşdə hindistanlı Nilam Nilama qalib gəlib.
Bu gün mübarizəyə qoşulmuş Jalə Əliyeva (57 kq) isə finala vəsiqə qazanıb.
Əsmər Cankurtaran (53 kq), Birgül Soltanova (62 kq), Nigar Mirzəzadə (65 kq) və Mərziyə Sadıqova (72 kq) əvvəlki raundlarda uduzublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin