DÇ: Azərbaycanın iki güləşçisi finalda, ikisi bürünc medal qazandı

Albaniyanın paytaxtı Tiranada U-23 dünya dünya çempionatı davam edir.

Komanda.az xəbər verir ki, bu gün iki güləşçimiz bürünc medal qazanıb, daha iki güləşçimiz isə finala yüksəlib.

57 kq

Rəhman İmanov 1/8 finalda almaniyalı Niklas Şteleyə məğlub olub – 6:10

65 kq

Zirəddin Bayramov 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən güclü olub – 14:11. Zirəddin yarımfinalda gürcüstanlı Qoqa Otinaşviliylə güləşib və 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, sabah finalda rusiyalı İbrahim İbrahimovla güləşəcək.

70 kq

Kənan Heybətov ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub – 3:13. Rəqibi finala yüksəldiyi üçün Heybətov sabah təsəlliverici görüşdə qüvvəsini sınayacaq.

79 kq

Əşrəf Aşırov debütdə ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb – 7:0. Həmyerlimiz 1/8 finalda ispaniyalı Qabriel Ramosu tam üstünlüklə məğlub edib – 13:0. Aşırov 1/4 finalda hindistanlı Saqar Jaqlana heç bir şans tanımayıb – 10:0. Əşrəf yarımfinalda qazaxıstanlı Şamsat Tairlə üz-üzə gəlib və tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib. Aşırov sabah finalda rusiyalı Maqomed Maqomayevlə güləşəcək.

92 kq

Abdulcəlil Şabanov təsəlliverici görüşdə qazaxıstanlı Nurdaulet Bekenova vaxtından əvvəl qalib gəlib – 10:0. Həmyerlimiz bürünc medal uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliylə qarşılaşıb. 14:11 hesabıyla qalib gələn güləşçimiz bürünc medal qazanıb.

125 kq

Vaxit Qalayev belaruslu Aleksey Parka vaxtından əvvəl qalib gəlib – 10:0. Qalayev bürünc medal uğrunda görüşdə hindistanlı Kumar Aniruyla qarşılaşmada da tam üstünlüklə (10:0) qalib gələrək U-23 dünya çempionatında bürünc medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button