DÇ-2022-nin qalibi kim kim olacaq? – Superkompüterdən proqnoz

Qətərdə keçirilən dünya çempionatının final oyunu ərəfəsində Argentina və Fransa millilərinin çempionluq şansı açıqlanıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, superkompüter həlledici oyunda qarşılaşacaq iki yığma komandanın qızıl medal ehtimallarını hesablayıb.

Dekabrın 18-dəki matçda Argentina favorit hesab olunur. Lionel Messinin komandasının çempionluq şansı 53 faizlə dəyərləndirilir. Fransa millisinin qalib olmaq ehtimalı 47 faizdir.

Superkompüter yarımfinala düzgün proqnoz verib. Belə ki, superkompüter Argentinanın Xorvatiyanı, Fransanın Mərakeşi keçəcəyini təxmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button