DÇ-2022: “Ağrıkəsicilərlə oynamaq məcburiyyətindəyəm”
Argentina millisinin hücumçusu Lautaro Martines zədəsi ilə bağlı açıqlama verib.
Komanda.az “sportitalia”-ya istinadən xəbər verir ki, o, çıxış etdiyi “İnter”dən dəstək gördüyünü vurğulayıb:
“Təəssüf ki, dizimə vurduqları ağrıkəsicilərlə oynamaq məcburiyyətindəyəm. Baş məşqçi və komanda yoldaşlarım həmişə mənə dəstək olublar. “İnter” klubunun direktorları ilə də danışdım. Onlara da dəstək olduqlarına görə minnətdaram”.
Argentina yığması DÇ-2022-nin 1/4 finalında Niderlandı məğlub edərək (penaltilər – 4:3), yarımfinala vəsiqə qazanıb. Onların rəqibi Xorvatiya milli komandası olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin