DÇ-2022: “Ən böyük təzyiq Neymarın üzərində olacaq” – Ronaldo
Braziliyalı keçmiş hücumçu Ronaldo hesab edir ki, millinin bu il Qətərdə keçiriləcək dünya çempionatında uğurlu çıxışı üçün ən böyük məsuliyyət PSJ-nin hücumçusu Neymarın üzərinə düşəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo Neymarın hazırda karyerasının yaxşı dövrünü yaşadığını deyib:
“Düşünürəm ki, istənilən halda, ən böyük təzyiq Neymarın üzərində olacaq. Təbii ki, indi milli komanda əvvəlki dünya çempionatlarına nisbətən daha balanslıdır. Neymara güclü oyunçular kömək edəcək. Amma indi o, karyerasının yaxşı dövrünü yaşayır”.
2022-ci ildə Qətərdə təşkil olunacaq dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Qrup mərhələsində Braziliya millisi Serbiya, İsveçrə və Kamerun yığmaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin