Danimarkalı futbolçu “Barselona”dan ayrılmaq istəmir

“Barselona”nın müdafiəçisi Andreas Kristensen Kataloniya klubundan ayrılmaq niyyətində deyil.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, danimarkalı futbolçunun digər klublardan konkret təklifi yoxdur. O, “Barselona”da xoşbəxtdir və komandadan ayrılmaq istəmir.

Kristensen hazırda bütün diqqətini “Axilles” vətərindəki zədədən sağalmağa yönəldib və növbəti mövsümdə mümkün qədər yaxşı çıxış etmək istəyir.

28 yaşlı müdafiəçi 2022-ci ildən “Barsa”da çıxış edir. O, bu mövsüm bütün turnirlərdə 39 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button