Dani Alveş: “Rahat yatdığım bir gecə olmayıb, bir gecə də!”
Braziliyalı futbolçu Dani Alveş zorlama iddialarından sonra həbsxanadan ilk müsahibəsini verib.
Komanda.az “Diario Sport”a-a istinadən xəbər verir ki, “Barselona”nın keçmiş müdafiəçisi onu təcavüzdə ittiham edən qızı bağışladığını deyib:
“Yaxşı, nə qədər fikirləşsəm də, mən də bilmirəm (zorlamaqda ittiham edən qız hamamdan çıxanda niyə göz yaşlarına boğuldu). Mənə elə gəlir ki, kimsə ona pis məsləhət verib. Bunu etdikdən sonra özünü pis hiss etdi və xaosa səbəb oldu, çünki artıq düşdüyü qarışıqlıqdan necə çıxacağını bilmirdi. Məni də bu xaosa sürüklədi.
Mən onun vicdanına müraciət edirəm. Rahat yatdığım bir gecə olmayıb, bir gecə də! Mənim vicdanım təmizdir. Mən heç vaxt öz istəyimlə heç kimə zərər verməmişəm. Və bunu o gecə də etmədim.
Bilmirəm, onun vicdanı təmizdir, gecələr rahat yatır, ya yox. Amma mən onu bağışlayıram”.
Alveş Barselonada gecə klubunda qıza təcavüz etməkdə şübhəli bilinərək yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.
Bizi Facebook-da izləyin