Dani Alveş istədi, “Barselona” “yox” dedi

Fransanın PSJ klubundan ayrıldığını açıqlayan Dani Alveş İspaniyaya qayıtmaq istəyir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barselona”da çıxış etmək istəyən braziliyalı futbolçu, meneceri vasitəsilə katalonlara təklif edilib. Kataloniya klubunun rəhbərliyinin 36 yaşlı müdafiəçidən imtina etdiyi bildirilir. Klub rəhbərliyi komandanın gələcək planlarında futbolçuya yer olmadığını deyib.

2017-ci ildən Paris klubunun formasını geyinən Alveş, son mövsümdə iştirak etdiyi 32 matçda 3 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button