Dani Alveş “Barselona” rəhbərliyini tənqid etdi
“Barselona”nın sabiq müdafiəçisi Dani Alveş Kataloniya klubunun rəhbərliyini tənqid edib.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu, “Barselona”nı onunla müqaviləni yeniləməmək məsələsinə görə tənqid edib:
“Barselona”da böyük uğur qazanmış insanlara hörmət etməyin yolları və vasitələri var. Onlara həmişə minnətdaram, amma müqaviləmi yeniləmək məsələsinə görə yox. “Barselona”ya qayıdanda dedim ki, mənimlə heç vaxt problem olmayacaq. Barselonada yaşamaq bir lütfdür və “Barselona”da oynaya bilmək daha böyük hədiyyədir. Lakin onlar mənimlə dürüst olub, hər şeyi üz-üzə müzakirə edə bilərdilər. Demək olar ki, bir ay gözlədik və onlar mənə dedilər: “Hey, biz müqaviləni yeniləmək fikrində deyilik”.
39 yaşlı braziliyalı iyulun 22-də Meksikanın “Pumas” klubu ilə müqavilə imzalayıb.
O, ötən mövsüm kataloniyalıların heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Alveş iyulun əvvəlində azad agent kimi klubu tərk edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin