1 milyon avro ödədi, həbsxanadan çıxdı
Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Dani Alveş 14 aydan sonra həbsxanadan çıxıb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, 40 yaşlı müdafiəçi 1 milyon avronu toplaya bilib və onu girov kimi ödəyib.
Martın 20-də Barselona məhkəməsi Alveşin girov müqabilində azadlığa buraxılmasına qərar vermişdi.
O, 2023-cü il yanvarın 20-də gecə klubunda bir qıza təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin