Daha iki oyuna hakim təyinatları açıqlandı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun daha iki oyunu üçün təyinatlar açıqlanıb.
Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” – “Keşlə” qarşılaşmasını FİFA referisi Əliyar Ağayev idarə edəcək.
“Qəbələ” – “Neftçi” matçı isə Rəvan Həmzəzadəyə tapşırılıb.
Azərbaycan Premyer Liqası
10-cu tur
22 noyabr
14:00. Qəbələ – Neftçi
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov.
Qəbələ şəhər stadionu.
16:00. Zirə – Keşlə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev.
Zirə İdman Kompleksinin stadionu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin