“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 2:2 hesabı ilə bitən matçı belə şərh edib:
“Sönük oyun getdi. İstərdim ki, daha aktiv, dinamik futbol olsun. Hava şəraiti, bəzi qərarlar oyunun tempini aşağı salırdı. Komanda üçün faydalı matç oldu. Bir neçə mövqe səhvlərinə yol verdik. “Qəbələ”yə uğurlar arzulayıram.
Sumqayıtda oynamaq həmişə xoş olub. “Sumqayıt” çox yaxşı oyun göstərir. Maraqlı oyun olacaq. Yeni stadionda heç olmamışıq. İnanıram ki, azarkeşlər üçün yaxşı oyun olacaq.
“Beşiktaş”la bağlı xəbərlər barədə çox fikir bildirmək istəmirəm. İki aydır söz-söhbətlər çoxdur. Bunu xoşlamıram. Bu barədə danışmasaq, daha yaxşı olar. Çünki bildirilən hər fikir əlavə suallar doğurur. Sakitlikdir”.
Nəzrin
Bizi Facebook-da izləyin