“Daha çox qol vura bilərdik” – Roberto Bordin
“Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 4:2 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
- Emosional oyun keçdi. Komanda ümumilikdə yaxşı oyun göstərdi. Oyunun sonuna qədər mübarizə apardıq və sonda layiqli qələbə qazandıq. Daha çox qol vura bilərdik.
- Qol vurulduqdan sonra tribunada etiraz etdiyiniz “Neftçi” azarkeşi idi?
- Bilirik ki, bütün neftçililər bizim kimi qol gözləyirdilər. Dediyim kimi, emosional oyun keçdi. Heç kimə qarşı qərəz yoxdu. Bu, normal hal idi.
- Mirabdulla Abbasov və Ömər Buludovun zədəsi nə yerdədi?
- Mirabdulla zədəsini sağalır. Ömərin isə kiçik zədəsi var.
- Oyundan sonra futbolçular arasında olan mübahisə ilə bağlı komanda ilə hansısa danışıq olacaq?
- Oyunun sonlarında baş verən hadisələr futbolun bir hissəsidi. Emosional keçən oyunda bu, normaldı. Həm rəqib baş məşqçi, həm də mən çalışdıq ki, onları sakitləşdirək.
- Hər dəfə Samir Abasovla aranızda mübahisə olurdu. Bəs bu dəfə nə yaxşı bu baş vermədi?
- Əvvəllər olanlar unudulur. Aramızda hər hansı mübahisə olmadı. Dediyim kimi, hər ikimiz oyunun sonunda olan mübahisəni sakitləşdirməyə çalışırdıq.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin