Daha bir türk futbolçu Fransa klubunda
Fransanın “Olimpik” (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi Türkiyənin “Altay” klubunun 19 yaşlı stopperi Cenk Özkaçarı transfer edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyənin U-21 yığmasının da üzvü olan futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Fransa klubu bu transferə görə “Altay”a 1.5 milyon avro ödəyib. Lakin Türkiyə klubu futbolçunun performansından asılı olaraq, bonuslarla daha 1.5 milyon avro qazana bilər. Üstəlik, Cenk gələcəkdə başqa kluba satılacağı halda əldə olunacaq gəlirin 10 faizi “Altay”a çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin