
Daha bir futbolçu BƏƏ klubuna keçib
Qazaxıstanlı futbolçu Aleksandr Merkel Türkiyənin “Qaziantep” klubunu tərk edib. O, 2023/24 mövsümündən etibarən Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi “Hatta”da çıxış edəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, futbolçu adıçəkilən klubla 1 illik müqavilə imzalayıb.
Qazaxıstan millisinin üzvü karyerası ərzində “Milan”, “Uotford”, “Bohum”, “Herakles Almelo”, “Piza”, “Udineze” kimi klublarda forma geyinib.
O, 2022/23 mövsümündə Türkiyə təmsilçisinin heyətində 18 oyunda üç qol vurub və iki məhsuldar ötürmə edib.
Öncədən “Benfika”nın hücumçusu Haris Səfəroviçin də BƏƏ-nin “Əl-Vasl” klubuna keçdiyi haqda xəbər vermişdik.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin