Daha 3 azərbaycanlı güləşçi AÇ-də 5-ci oldu

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Komanda.az xəbər verir ki, qitə birinciliyinin 2-ci günündə yunan-Roma güləşi yığmamızın son 3 üzvü mübarizəyə qoşulub.

İslambek Dadov əvvəlcə Macarıstan, daha sonra isə Avstriya idmançısına rahat qalib gələrək adını yarımfinala yazdırıb.

Eltun Vəzirzadə ilk mərhələdə Xorvatiya təmsilçisini vaxtından əvvəl məğlubiyyətə uğradıb. Ardınca isə Rusiya nümayəndəsinə uduzub.

Mübarizəyə 1/4 finaldan başlayan Arif Niftullayev debütdə Almaniya güləşçisini üstələyib və yarımfinala yüksəlib.

Yarımfinal qarşılaşmaları axşam seansında baş tutub. Dadov Rusiya, Niftullayev isə Gürcüstan təmsilçisinə məğlub olub.

Martın 6-da Eltun Vəzirzadə təsəlliverici görüşdə İsveçrə təmsilçisinə qalib gələrək bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Axşam seansında medal qarşılaşmaları baş tutub. Hər 3 güləşçimiz 5-ci yeri tutub.

72 kq
Bürünc medal görüşü – İslambek Dadov – Stoyan Soyçev Kubatov (BUL) 2:4
1/2 final – İslambek Dadov – Maqomed Yarbilov (RUS) 0:3
1/4 final – İslambek Dadov – Kristof Burqer (AUT) 9:0
1/8 final – İslambek Dadov – Oliver Kaytan (HUN) 8:0

82 kq
Bürünc medal görüşü – Eltun Vəzirzadə – Hasan Basri Yıldırım (TUR) 0:2
Təsəlliverici görüş – Eltun Vəzirzadə – Fabio Dietşe (AUT) 5:1
1/4 final – Eltun Vəzirzadə – Vaaq Marqaryan (RUS) 0:9
1/8 final – Eltun Vəzirzadə – Karlo Kodriç (CRO) 11:3

97 kq
Bürünc medal görüşü – Arif Niftullayev – Vladen Kozliuk (UKR) 0:2 (tuşe)
1/2 final – Arif Niftullayev – Georgi Melia (GEO) 4:7
1/4 final – Arif Niftullayev – Yan Zirn (GER) 6:0

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button