“Dəstəyiniz olmasaydı, mən bunu edə bilməzdim!” – Haland
“Mançester Siti”nin hücumçusu Erlin Haland Premyer Liqada avqust ayının ən yaxşı oyunçusu seçilməsinə münasibət bildirib.
Komanda.az xəbər verir ki, norveçli futbolçu bu barədə sosial şəbəkə hesabında yazıb:
“Mən bununla çox fəxr edirəm! Bütün komanda yoldaşlarıma və azarkeşlərə təşəkkür edirəm. Sizin dəstəyiniz olmasaydı, mən bunu edə bilməzdim!”
22 yaşlı norveçli avqust ayında “Mançester Siti”nin heyətində 5 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə edib.
Onun klubla müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin