DÇ-2022: “Bu, bizim üçün üzücü məqamdır” – portuqaliyalı futbolçu

Portuqaliya millisinin yarımmüdafiəçisi Vilyam Karvalyo DÇ-2022-nin ikinci turunun Uruqvayla matçını (2:0) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu milli komandanın qrup mərhələsini lider kimi başa vurmaq istədiyini dilə gətirib:

“Portuqaliya əla oynadı. Mən də tam gücümlə mübarizə apardım. Cəmi bir matç qalıb və biz qrupda birinci olmaq üçün qalib gəlmək istəyirik”.

Karvalyo ilk hissənin sonunda məcburi əvəzlənən Nuno Mendeşin zədəsi barədə də fikir bildirib:

“Bu, bizim üçün üzücü məqamdır. Nuno komandanın gücünə güc qatırdı. Lakin ehtiyat oyunçular skamyasında olan Rafael Gerreyro da yüksək keyfiyyətlərə malik futbolçudur. O, komandaya kömək edə bilər”.

H qrupuna 6 xalla Portuqaliya yığması başçılıq edir. Onlar pley-off mərhələsinə vəsiqəni təmin etməyi bacarıb. Qana ikinci, Cənubi Koreya üçüncü, Uruqvay isə sonuncu pillədə yer alır.

Dekabrın 2-də Uruqvay Qana ilə, Portuqaliya isə Cənubi Koreya ilə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button