“Cəbrayıl”dan çətin, “Dinamo” və “Qusar”dan asan qələbə

2-ci Liqada 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 3 görüş baş tutub.

“Cəbrayıl” – “Göygol” matçı meydan sahiblərinin çətin qələbəsiylə yekunlaşıb. “Dinamo” “Lerik”lə, “Qusar” da “Şəmkir”lə oyunda darmadağına sevinib.

Hazırda 6 xala malik “Şəki Siti”, “Baku Sportinq” və “Cəbrayıl” zirvəyə şərikdirlər. “Şahdağ Qusar” isə 4 xal toplayıb.

2-ci Liqa
2-ci tur

11 sentyabr

“Cəbrayıl” – “Göygol” 4:3
Qollar: Elvin Nəsibov, 2; 45-pen. Tapdıq Əhmədov, 17-pen. Nurlan Quliyev, 90+4 – Coşqun Abdiyev, 5. Ziyabil Məmmədov, 31. Ülvi Cəlilov, 86-pen.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 14:00

“Dinamo” – “Lerik” 4:1
Qollar: Vüqar Əlizadə, 31; 77. Elmin Əskərli, 58. Valeh Seyidov, 67-pen. – Kamran Abdullazadə, 85-pen.
Binə qəsəbə stadionu, 16:00.

“Qusar” – “Şəmkir” 7:1
Qollar: Orxan Qurbanlı, 29. Sərxan Ağayev, 36; 69; 71. Firudin Ağalarov, 61. Vüsal Hüseynov, 63. Elnur Dəmirli, 77 – Elcan Rəhimov, 50.
“Sumqayıt Arena” (ehtiyat meydança), 16:30.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button