Azərbaycan cüdoçuları Berlin Avropa kubokunda birinci yeri tutdu

14 apreldə Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa kuboku turnirinin ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Komanda.az xəbər verir ki, cüdoçularımız turnirdə ümumilikdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq, medal əyarına görə ümumi hesabda və oğlanlar arasında isə 1-ci yeri tutub.

Yarışın ikinci günündə oğlanlar arasında -73 kq., -81 kq. və +90 kq. çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb.

-73 kq. çəkidə Cəsur İbadlı gümüş medal əldə edib. -81 kq. çəkidə Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov isə bürünc medal qazanıb. +90 kq. çəkidə Sübhan Axundov 5-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button