ÇL: “Qol buraxmağımız xoşuma gəlmədi” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Braqa” üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, komandanın buraxdığı qoldan danışıb:
“Ümumilikdə, düşünürəm ki, çox yaxşı oyun keçirdik. Qol buraxmağımız xoşuma gəlmədi, çünki buna qədər vəziyyətə yaxşı nəzarət edirdik və qələbə demək olar ki, əlimizdə idi. Buraxılan qoldan əvvəl mənə elə gəlirdi ki, hər şey öz əlimizdədir, amma sonra oyunun dinamikası dəyişdi. Xətlər arasında boş yerlərə yaxşı nəzarət etdik”.
“Real”ın 9 xalı var və qrup birincisidir. “Braqa” isə üçüncüdür (3 xal).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin