
DÇ-2022: “Jiru cərimə meydançasında çox təhlükəlidir”
Danimarkalı mərkəz müdafiəçisi Andres Kristensen mətbuat konfransında fransalı hücumçu Olivye Jiru ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, danimarkalı futbolçu Fransa millisinin hücumçusunu tərifləyib:
“Jiru dünyanın ən yaxşı hücumçularından biridir. O, çox güclüdür və topu yaxşı qəbul edir. Bəli, o, çox sürətli deyil. Lakin cərimə meydançasında çox təhlükəli futbolçudur”.
DÇ-2022-nin qrup mərhələsi çərçivəsində Fransa ilə Danimarka bu gün qarşılaşacaq. Oyun saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin