“Cəsarət göstərmək lazım olduğunu bilirdik” – İnzaqi
“İnter”in baş məşqçisi Simone İnzaqi Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunun “Barselona” ilə oyununu (3:3) şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, cəsarətli olduqlarını deyib:
“Çox güclü rəqibə qarşı gözəl oyun keçirən uşaqları təbrik etməliyik. “İnter” çoxlu şanslar yaratdı və birlikdə dözdük. Qalib gəlsəydik, artıq qrupdan çıxacaqdıq, amma indi “Viktoriya” ilə matçda azarkeşlərə bu həzzi yaşadacağımıza ümid edirik.
Cəsarət göstərmək lazım olduğunu bilirdik. Komanda heç vaxt oyununu dayandırmadı. Birinci hissənin sonunda futbolçularıma sakit olmalarını söylədim, çünki təhlükəli anlar yarada biləcəyimizi bilirdik”.
“İnter” 4 turdan sonra 7 xalla C qrupunda ikincidir. “Barselona” 3 xalla üçüncü yerdədir.
Bizi Facebook-da izləyin