Slot Çempionlar Liqasının yeni formatını bəyənir

“Liverpul”un baş məşqçisi Arne Slot UEFA Çempionlar Liqasının yenilənmiş formatı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az Mersisayd klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı yeniliyi bəyəndiyini bildirib:

“Liverpul” hələ yeni formatda cəmi bir neçə oyun keçirib. Ancaq sizi yalnız mənim fikrim maraqlandırırsa, yeniliyi bəyənirəm. Gəlin görək, bundan sonra nə olacaq. Ümumi mərhələ başa çatdıqdan sonra nəticə çıxaracağıq”.

Slotun komandası 3-cü tur çərçivəsində səfərdə Almaniyanın “Leyptsiq” klubu ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button