ÇL: Yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb.

Komanda.az xəbər verir ki, İspaniyada “Real”la “Mançester Siti” arasında keçiriləcək oyunu portuqaliyalı Artur Diaş idarə edəcək. Ona həmyerliləri Paulu Soareş və Pedru Ribeyru köməklik göstərəcək. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.

İtaliyada “Milan” və “İnter” komandalarının qarşılaşması isə ispaniyalı Xesus Hil Mansanoya tapşırılıb. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaq. Dördüncü referi Xose Sançesdir.

“Real” – “Mançester Siti” qarşılaşması mayın 9-da, “Milan” – “İnter” matçı mayın 10-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button