“Çempionlar Liqasında mənim üçün həmişə çətin olub” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının hələ də pik nöqtədən uzaq olduğunu etiraf edib.
Komanda.az “Madrid Xtra”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı qələbələrin asan gəlmədiyini bildirib:
“Biz hələ də özümüzün ən yaxşı versiyamızı axtarırıq. Qələbələr asan gəlmir. Çempionlar Liqasında mənim üçün həmişə çətin olub, klub bunu bilir. Keçən mövsümün əvvəlini xatırlayıram ki, 95-ci dəqiqədə vurduğumuz qollar sayəsində “Union” (Berlin) və “Xetafe” üzərində qələbələr qazandıq. İlk oyunlar həmişə daha çətin olur, heç vaxt asan olmur”.
“Real” UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Ştutqart”a qalib gəlsə də (3:1), çoxlu problemlər yaşayıb. Matçın taleyi 83-cü dəqiqədə Antonio Rüdigerin qələbə qolunu vurması ilə həll olunub.
Bizi Facebook-da izləyin