“Həddən artıq çox səhvə yol verdik” – “Napoli”nin baş məşqçisi

“Napoli”nin baş məşqçisi Françesko Kalzona Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Barselona”ya məğlubiyyəti (1:3) şərh edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, həddən artıq çox səhvə yol verdiklərini bildirib:

“Rəqibimizə çox yer verdik, tez-tez topu itirdik, oyuna səhv başladıq və zəif müdafiə olunduq. Oyunda müxtəlif mərhələlər oldu, bəzən yaxşı oynadıq və demək olar ki, topu geri qazandıq. Təbii ki, uduzanda, bu, nəyinsə yaxşı işləmədiyini göstərir. Güclü rəqiblə qarşılaşmağa hazır idik, lakin həddən artıq çox səhvə yol verdik”.

İlk görüş heç-heçə başa çatıb – 1:1. Beləliklə, “Barselona” 1/4 finala yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button