ÇL matçından əvvəl 54 azarkeş ölkədən kənarlaşdırıldı
Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Yuventus” “Ayaks”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, qarşılaşmadan əvvəl Turin şəhərində yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülür. İtaliya polisi, 54 “Ayaks” azarkeşinin üzərində priotexniki vasitələr aşkar olunduğunu açıqlayıb. Həmin azarkeşlərin tutulmadığı, ancaq İtaliyadan kənarlaşdırıldıqları bildirilib.
Komandalar arasında Hollandiyada baş tutan görüşdən əvvəl Hollandiya polisi ilə italyan azarkeşlər arasında qalmaqal yaşanmışdı. Buna görə də, yerli mühafizə işçiləri 120 italyan azarkeşini həbs etmişdi.
“Yuventus” – “Ayaks” matçı bu gün, saat 23:00-da start götürəcək. Komandalar arasındakı ilk görüş qollu bərabərə bitib – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin