“İnter” qalib gəldi, “Mançester Siti” qələbəni əldən verdi
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, turnirin favoritlərindən sayılan “Mançester Siti” Almaniyada “Leyptsiq”in qonağı olub. Bu oyunda qalib müəyyənləşməyib.
Digər oyun isə İtaliyada baş tutub. “İnter” doğma publika önündə “Portu” ilə üz-üzə gəlib. İtaliya təmsilçisi bu görüşdən qələbə ilə ayrılıb.
1/8 finalın əvvəlki oyunlarında “Milan” “Tottenhem”ə, “Bayern” PSJ-yə, Dortmund “Borussiya”sı “Çelsi”yə 1:0, “Benfika” isə “Brügge”yə 2:0 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası, 1/8 final mərhələsi
İlk oyunlar
22 fevral
Leyptsiq (Almaniya) – Mançester Siti (İngiltərə) 1:1
Qol: Qvardiol, 70 – Mahrez, 27.
Baş hakim: Serdar Gözübüyük (Niderland)
Leyptsiq, “RB Arena”
İnter (İtaliya) – Portu (Portuqaliya) 1:0
Qol: Lukaku, 86.
Baş hakim: Srcan Yovanoviç (Serbiya)
Milan, “San Siro” stadionu
Bizi Facebook-da izləyin