
ÇL: Sabiq futbolçu “İnter”i tənqid etdi
İtaliya millisinin sabiq futbolçusu Antonio Kassano UEFA Çempionlar Liqasının finalında PSJ-yə 0:5 hesabı ilə uduzan “İnter”in oyununu kəskin tənqid edib.
Komanda.az xəbər verir ki, o, “TuttoMercatoWeb”-ə açıqlamasında Milan təmsilçisinin xarakterdə, ideyada və oyun keyfiyyətində tam məğlub olduğunu bildirib:
“Parislilər güclü heyətə sahib olmasalar da, daha təşkilatlanmış və aqressiv görünürdülər. Onların baş məşqçisi oyunçularını birə-bir mübarizəyə məcbur etmişdi. Osman Dembelenin Yan Sommerə qarşı təzyiqi az qala 70 dəfə təkrarlandı və bu, “İnter”in müdafiədən çıxışını tamamilə iflic etdi.
“İnter”in Çempionlar Liqasını qazanması üçün hələ 3-4 əsas komponent çatışmır: fərdi ustalıq, heyət dərinliyi və xarakter. Bu cür ağır məğlubiyyətdən sonra komandanın toparlanması çox çətin olacaq”.
Bizi Facebook-da izləyin