ÇL: “Məğlub olmaq həmişə acı verir”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen UEFA Çempionlar Liqasında “Monako”ya məğlubiyyətdən (1:2) danışıb.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, almaniyalı qolkiper məğlub olmağın həmişə acı verdiyini bildirib:

“Bizimlə baş verməməli olan bir şey oldu. Amma bu, futboldur. Məğlub olmaq həmişə acı verir. Rəqib inanılmaz oyun nümayiş etdirmədən qələbə qolunu vurdu”.

Hans-Diter Flikin yetirmələri Çempionlar Liqasının ikinci turunda oktyabrın 2-də İsveçrənin “Yanq Boyz” klubu ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button