ÇL: “Milan” “İnter”ə ilk oyunda məğlub oldu
Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunları başa çatıb.
Komanda.az xəbər verir ki, mərhələnin ikinci matçında “Milan” eyni şəhərin “İnter” klubunu qəbul edib.
“San Siro” stadionundakı görüşü ispaniyalı Xesus Xil Mansano idarə edib. Matç qonaqların inamlı qələbəsiylə yekunlaşıb.
Komandalar arasında cavab matçı mayın 16-da eyni şəhərin eyniadlı stadionunda keçiriləcək.
Yarımfinalın ilk oyununda “Real” öz meydanında “Mançester Siti”si ilə heç-heçə edib – 1:1.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may
Milan (İtaliya) – İnter (İtaliya) 0:2
Qol: Edin Dzeko, 8. Henrix Mxitaryan, 11.
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, “San Siro” stadionu
Milan: Mayk Menyan, Davide Kalabriya, Simon Kyaer, Fikayo Tomori, Teo Ernandes, Rade Kruniç, Sandro Tonali, İsmael Bennaser, Aleksis Salemakers, Braim Dias, Olivye Jiru.
İnter: Andre Onana, Alessandro Bastoni, Françesko Açerbi, Matteo Darmian, Federiko Dimarko, Denzel Dumfris, Nikolo Barella, Hakan Çalhanoğlu, Henrix Mxitaryan, Edin Dzeko, Lautaro Martines.
Bizi Facebook-da izləyin