ÇL: Həftənin ən yaxşısı “Tottenhem”li oldu
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk həftəsinin ən yaxşı futbolçusunun adı açıqlanıb.
Komanda.az xəbər verir ki, ilk həftənin ən yaxşı oyunçusu “Tottenhem”in müdafiəçisi Yan Vertongen seçilib. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Vertongen “Tottenhem”in Dortmund “Borussiya”sını məğlub etdiyi matçda (3:0) bir qol vurub, bir də məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin