ÇL-də həftənin futbolçusu bəlli oldu
İspaniyanın “Atletiko” (Madrid) klubunun argentinalı hücumçusu Xulian Alvares azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Liqa mərhələsinin 7-ci turunda “Bayer”lə (Almaniya) görüşdə (2:1) dubl edərək komandasının qələbəsində əsas pay sahibi olub.
Səsvermədə ikinci yeri Lyuk de Yonq (PSV), üçüncü yeri Vinisius Junior (“Real”, Madrid), dördüncü yeri isə Rafinya (“Barselona”) tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin