
ÇL-də həftənin futbolçusu bəlli oldu
Futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu ada İspaniyanın “Real” komandasının hücumçusu Kərim Benzema layiq görülüb.
Fransalı forvard 1/4 final mərhələsi çərçivəsində İngiltərədə “Çelsi”yə qarşı keçirdikləri ilk oyunda het-trikə imza atıb.
Həftənin oyunçusu adına “Vilyarreal”dan Covani Lo Çelso, İngiltərənin “Liverpul” klubundan Luis Dias və “Mançester Siti”dən Kevin De Bruyne də namizəd idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin