ÇL: “İnter” finalda!

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları start götürüb.

Komanda.az xəbər verir ki, ilk finalçı İtaliyadakı Milan derbisində məlum olub. İlk oyunda “İnter”ə 0:2 hesabı ilə uduzan “Milan” cavab matçında mərhələ keçmək üçün mübarizə aparsa da, istəyinə çata bilməyib.

“Cüzeppe Meatsa” stadionunda keçirilən görüşdə yenə qalib gələn “İnter” ilk finalçı olub.

Yarımfinalın digər matçında İspaniya “Real”ı İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.

UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu

16 may

İnter (İtaliya) – Milan (İtaliya) 1:0
Qol: Lautaro Martines, 74.
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, “Cüzeppe Meatsa” stadionu
İlk oyun – 2:0

İnter: Andre Onana, Denzel Dumfris, Matteo Darmian, Françesko Açerbi, Alessandro Bastoni, Federiko Dimarko, Nikolo Barella, Henrix Mxitaryan, Hakan Çalhanoğlu, Lautaro Martines (k), Edin Ceko.
Milan: Mayk Menyan, Davide Kalabriya (k), Malik Tiav, Fikayo Tomori, Teo Hernandes, Rade Kruniç, Sandro Tonali, Braim Dias, Junior Messias, Rafael Leao, Olivye Jiru.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button