“Mançester Siti” darmadağınla finalda!

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, yarımfinalın ilk oyununda İspaniyada “Real”la 1:1 hesablı heç-heçə edən “Mançester Siti” bu dəfə rəqibini İngiltərədə sınağa çəkib. “Etihad” stadionunda keçirilən qarşılaşmanı polşalı FİFA referisi Şimon Marçinyak idarə edib.

Rəqibini 4 cavabsız qolla məğlub edən “şəhərlilər” finala yüksələn tərəf olub.

Beləliklə, “Mançester Siti” finalda İtaliya “İnter”i ilə üz-üzə gələcək.

Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Çempionlar Liqası, yarımfinal
Cavab oyunu

17 may

23:00. Mançester Siti (İngiltərə) – Real (İspaniya) 4:0
Qol
: Bernardo Silva, 23; 37. Eder Militao, 76-öz qapısına. Xulian Alvares, 90+1.
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, “Etihad” stadionu
İlk oyun – 1:1.

Mançester Siti: Ederson, Kayl Uoker, Ruben Dias, Manuel Akanci, Con Stounz, Rodri, Bernardo Silva, Kevin de Bruyne, İlkay Gündoğan, Cek Qriliş, Erlinq Haland.
Real: Tibo Kurtua, Eduardo Kamavinqa, David Alaba, Eder Militao, Daniel Karvahal, Luka Modriç, Toni Kroos, Federiko Valverde, Vinisius Junior, Rodriqo, Kərim Benzema.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button