ÇL: Ançelotti “Milan”a məğlubiyyətdən danışdı
“Milan” UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda Madriddə “Real”a qarşı uğurla oynayıb və qələbə qazanıb (3:1).
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, qarşılaşmada baş verənləri keçmişdə uzun müddət orda oynamış, sonra isə “Milan”ı çalışdırmış və hazırda “Real”a rəhbərlik edən baş məşqçi Karlo Ançelotti şərh edib:
“Bizim üçün bu, uzun bir təhlil gecəsi olacaq. Çox şanslarımız oldu, amma müdafiədə problemimiz var idi. Ötən il eyni komanda ilə Çempionlar Liqasının qalibi olmuşuq. O zaman hər şey çox möhkəm idi, o cümlədən müdafiədə. Bu il heç də belə getmir”.
“Real”ın liqa mərhələsində keçirdiyi 4 oyundan sonra 7 xalı var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin