![](https://komanda.az/wp-content/uploads/2023/06/Ruben-Dias-780x470.jpg)
ÇL: “Biz İspaniyada necə oynayacağımızı dəqiq bilirik”
“Mançester Siti”nin futbolçusu Ruben Diaş UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Real”la ilk oyundan (2:3) sonra fikirlərini bölüşüb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu oyunun axarını öz xeyirlərinə çevirə biləcəklərinə inanır:
“İndi hər şey inamdan asılıdır. Biz İspaniyada necə oynayacağımızı dəqiq bilirik, ona görə də uğurun açarı özümüzə inanmaq olacaq. Günün sonunda bu komandada kifayət qədər özünə inam var və biz qalib gələcəyimizə inanırıq”.
Pley-off mərhələsinin cavab matçı fevralın 19-da “Santyaqo Bernabeu”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin