ÇL: “Barselona” 5 futbolçusunu birdən itirə bilər

“Barselona”nın beş futbolçusu Çempionlar Liqasında bir oyunluq diskvalifikasiya təhlükəsi ilə üzləşib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bunlar Ronald Arauxo, Lamin Yamal, Joao Feliks, Frenki de Yonq və Ferran Torresdir.

Bu futbolçulardan hansısa biri bu gün PSJ ilə 1/4 finalın cavab matçında sarı vərəqə alarsa, bu, onun Çempionlar Liqasında növbəti oyunu buraxacağı anlamına gələcək.

“Barsa” PSJ ilə səfərdəki ilk oyunda 3:2 hesablı qələbə qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button