ÇL: Azərbaycan çempionunun oyunlarının təqvimi bəlli oldu

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi bəlli olub.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu ilk matçında Türkiyə təmsilçisi “İstanbul Şişli” ilə üz-üzə gələcək.

Avqustun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.

Vitali Borisovun baş məşqçi olduğu kollektiv avqustun 24-də eyni saatda Almaniyanın “Jahn Regensburq” klubunu sınağa çəkəcək.

“Araz Naxçıvan” avqustun 26-da Bakı vaxtı ilə saat 18:00-da Latviyanın “Riqa” komandası ilə görüşəcək.

Qeyd edək ki, bu qrupun oyunları Latviyada keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button