ÇL: Azərbaycan çempionunun rəqibləri müəyyənləşdi
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə UEFA Çempionlar Liqasının 2023/24-cü il mövsümünün püşkü atılıb.
Komanda.az xəbər verir ki, bu turnirdə ölkəmizi təmsil edəcək və mübarizəyə ilkin mərhələdən başlayacaq son çempion “Araz Naxçıvan”ın rəqibləri müəyyənləşib.
Komandamız A qrupda yer alacaq. Bu mərhələnin oyunları avqustun 22-dən 27-dək Latviyada keçiriləcək. Əsas mərhələyə qrup qalibləri və ən yaxşı göstəriciyə malik ikinci pilləni tutan 1 komanda vəsiqə qazanacaq.
İlkin mərhələ (22-27 avqust)
A qrupu
Araz Naxçıvan (Azərbaycan)
Riqa (Latviya)
Yan Regensburq (Almaniya)
İstanbul Şişli (Türkiyə)
B qrupu
Örebro (İsveç)
Diamant Linz (Avstriya)
Amiqo Nortvest (Bolqarıstan)
ASA Tələ-Əviv Ouls (İsrail)
C qrupu
Eyndhoven (Niderland)
Titoqrad (Monteneqro)
Georgians (Gürcüstan)
Avropa (Cəbəllütarıq)
D qrupu
Lubaua (Polşa)
Priştina (Kosovo)
Utleyra İdrettslaq (Norveç)
İsbyorninn (İslandiya)
E qrupu
Luçeneç (Slovakiya)
Kosmos Tallin (Estoniya)
Enkamp (Andorra)
Saltires (Şotlandiya)
F qrupu
Dukas (Yunanıstan)
Blue Magik (İrlandiya)
Nistru (Moldova)
Blumsburi Futsal (İngiltərə)
G qrupu
Futsal Minerva (İsveçrə)
Yerevan Futsal (Ermənistan)
AEL Limassol (Kipr)
Folqore (San Marino)
H qrupu
Radnik Bijeljina (Bosniya və Herseqovina)
Tirana (Albaniya)
Cefn Druids (Uels)
Sparta Belfast (Şimali İrlandiya)
Bu gün əsas mərhələnin də püşkü atılıb. “Araz Naxçıvan” oktyabrın 24-dən 29-dək keçiriləcək bu mərhələyə qrup qalibi kimi vəsiqə qazanacağı təqdirdə 6-cı qrupda yer alacaq. Rəqibləri “Plzen” (Çexiya), “Futsal Gentofte” (Danimarka) və ilkin mərhələnin H qrupunun (“Radnik Bijeljina”, “Tirana”, “Cefn Druids” və “Sparta Belfast”) qalibi ilə üz-üzə gələcək. Təmsilçimiz ən yaxşı “ikinci” kimi mübarizəni davam etdirsə, o zaman 5-ci qrupda “Futsal Dinamo” (Xorvatiya), eləcə də ilkin mərhələnin B (“Örebro”, “Diamant Linz”, “Amiqo Northvest” və “ASA Təl-Əviv Ouls”) və və C (“Eyndhoven”, “Titoqrad”, “Georgians” və “Avropa”) qruplarının qalibləri ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin