ÇL: “Araz Naxçıvan” son oyunda da uduzdu

Futzal üzrə Azərbaycan çempionu “Araz Naxçıvan” bu gün UEFA Çempionlar Liqasının 5-ci qrupu çərçivəsində sonuncu oyununu keçirib.

Komanda.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv son matçında Bosniya və Herseqovina təmsilçisi “Mostar”la üz-üzə gəlib.

Qrupda keçirdiyi ilk iki oyunda uduzan “Araz Naxçıvan” növbəti mərhələyə çıxmaq şanslarını itirmişdi. Üstəlik, təmsilçimizin heyətində Ponçe sarı vərəqə cəzalısı olduğuna görə, meydana çıxmayıb. Beş qolun qeydə aıımdığı bu qarşılaşma meydan sahibi komandanın qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Vitao və Andreu fərqlənib.

UEFA Çempionlar Liqası
5-ci qrup

29 oktyabr

Mostar – Araz Naxçıvan 3:2
Qol: Mariyo Aladziç, 2:16; 11:25. Predraq Şeşel, 32:19 – Vitao, 22:43. Andreu Varqas, 33:20.
Hakimlər: Jan Kresta (Çexiya), Lukaş Peşko (Slovakiya), Josip Dujmiç (Xorvatiya).
Timekeeper: Farik Keco (Bosniya və Herseqovina).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
UEFA nümayəndəsi: Viktor Beceyro (İspaniya).
Mostar. Mithad Hujdur Hujka Arena.

Mostar: 1. Amir Ahmadpur (q), 9. Nermin Kahvedziç, 10. Mariyo Aladziç (k), 15. Slobodan Rayçeviç, 19. Bilal Yeliç, 18. Vedad Yaşareviç (q), 4. Adnan Kalaydziç, 5. Tarik Dzemiç, 7. Samir Kosto, 8. Hamed Xodaye, 11. Marin Suton, 13. Predraq Şeşel, 14. Vedad Subaşiç, 17. Admin Çorhodziç.
Baş məşqçi: Mirsad Fazlinoviç.
Araz Naxçıvan: 19. Cavad Məmmədov (q), 7. Ramiz Çovdarov, 13. Viktor Hüqo “Vitao”, 15. Viktor Pires “Vitinyo”, 21. Lukas Matheus “Katatau”, 12. Mikael Deon (q), 8. David Qustavo, 3. Pedro Torres, 10. Andreu Varqas, 14. Xəzər Ağalızadə, 18. Fərid Ələkbərov (k), 20. Sinesio.
Baş məşqçi: Joze Alesio Da Silva.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button