ÇL: “Araz Naxçıvan” Mostara bu heyətlə yollanır
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz Naxçıvan” sabah – oktyabrın 24-də səhər saatlarında Bakı-İstanbul-Sarayevo hava reysi ilə oyunların keçiriləcəyi Bosniya və Herseqovinaya yola düşəcək.
Komanda.az xəbər verir ki, komandamız qrup oyunlarına evsahibliyi edəcək Mostar şəhərinə paytaxtdan avtobusla hərəkət edəcək.
Baş məşqçi Joze Alesio Da Silva Çempionlar Liqasının oyunlarına 13 futzalçı ilə yollanacaq. Felipinyo cəzalı olduğuna görə, bu matçlarda “Araz Naxçıvan”a kömək edə bilməyəcək:
Qapıçılar: 12. Mikael Deon, 19. Cavad Məmmədov
Oyunçular: 5. Pedro Torres, 6. Ponçe, 7. Ramiz Çovdarov, 8. David Qustavo, 10. Andreu Varqas, 13. Viktor Hüqo “Vitao”, 14. Xəzər Ağalızadə, 15. Viktor Pires “Vitinyo”, 18. Fərid Ələkbərov, 20. Snesio, 21. Lukas Matheus “Katatau”.
Bizi Facebook-da izləyin