ÇL: “Panatinaikos”la “Reyncers” evdə, “Makkabi” səfərdə sevindi
UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk matçlarına yekun vurulub.
Komanda.az xəbər verir ki, sonuncu oyun günündə 3 qarşılaşma baş tutub.
Marsel “Olimpik”i Yunanıstanda “Panatinaikos”un, İsrailin “Makkabi” (Hayfa) komandası Slovakiyada “Slovan”ın, İsveçrə “Servett”i isə Şotlandiyada “Reyncers”in qonağı olub. “Panatinaikos”la “Reyncers” evdə, “Makkabi” isə səfərdə qələbə qazanıb.
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsinin ilk oyunları
9 avqust
“Panatinaikos” (Yunanıstan) – “Olimpik” (Marsel, Fransa) 1:0
“Slovan” (Slovakiya) – “Makkabi” (Hayfa, İsrail) 1:2
“Reyncers” (Şotlandiya) – “Servett” (İsveçrə) 2:1
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin