“Ceyms Milner qışqırdı ki, “vur!” – Elliot
“Liverpul”un futbolçusu Harvi Elliot İngiltərə kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la cavab qarşılaşmasından sonra (1:0) danışıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, azarkeşlərə təşəkkür edib:
“Düşünürəm ki, biz layiqli qələbə qazandıq. Növbəti mərhələyə keçə bildik. Ümid edirəm ki, uğurlarımızın ardı gələcək. DÇ-2022-dən sonra heç də yaxşı durumda deyildim. Lakin bu gecə daha inamla mübarizə apardım.
Ceyms Milner mənə qışqırdı ki, “vur!”. O, məni yenidən ruhlandırdı. Azarkeşlər də qələbə qazanmaqda bizə çox kömək edirlər. Onlara təşəkkür edirəm”.
Hər iki matçın nəticəsinə əsasən, mersisaydlılar növbəti mərhələyə adını yazdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin