CEV-dən Nərgiz İsmayılova və Vüsalə Kazımovaya böyük etimad

Azərbaycan Voleybol Federasiyası (AVF) Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılova 18 yaşadək oğlan voleybolçular arasında keçiriləcək Avropa çempionatının final mərhələsində CEV-in Nəzarət Komissiyasının üzvü olacaq.

Komanda.az xəbər verir ki, onunla yanaşı, AVF-in həkimi, Avropa Voleybol Konfederasiyasının Tibb Komissiyasının üzvü Vüsalə Kazımova da analoji yarışa dəvət alıb. O, qonşu ölkədə tibb işinin təşkilinə nəzarət edəcək.

AÇ-2022 iyulun 9-17-də Gürcüstanın paytaxtı Tiflisdə təşkil olunacaq. U-18-lərin Avropa çempionatının final mərhələsində Bolqarıstan, Almaniya, Yunanıstan, İtaliya, Polşa, Sloveniya, Belçika, Çexiya, Finlandiya, Fransa, Gürcüstan və Serbiya mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button